Главная > Siyasət / Manşet > Masallıda 8 noyabr - Zəfər günü memorial kompleksi inşa ediləcək

Masallıda 8 noyabr - Zəfər günü memorial kompleksi inşa ediləcək


8-11-2022, 20:25. Разместил: admin44

Masallı şəhəri Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Fövqəladə Hallar Nazirliyinin sərəncamına əsasən qanunsuz tikili sökülmüşdür .

Belə ki, sökülmüş obyektin yerində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 8 noyabr - Zəfər günü memorial kompleksinin inşasına başlanılmışdır.

Qeyd edək ki, artıq memorial kompleksin tikiləcəyi elan lövhəsi həmin sahədə yerləşdirilmiş, ərazi təmizlənərək abadlaşmış, ərazinin ətrafına bardürlər düzülmüş, qazonlar vurulmuş və güllər əkilmişdir.

Ərazidə yaşayan sakinlər və şəhid ailələri rayon rəhbəri ilə kompleksin inşa ediləcəyi ərazidə görüşərkən bu addımın atıla biləcək ən doğru, ən şərəfli addım olacağını bildirdilər. Eyvanlarından boylandıqda, onlara şərəf tarixlərini xatırladacaq bu kompleks üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova təşəkkürlərini bildirdilər.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад