Главная > Siyasət > Zəfər Günü münasibətilə Masallıda bayram konserti

Zəfər Günü münasibətilə Masallıda bayram konserti


9-11-2022, 15:53. Разместил: admin44

08 Noyabr 2022-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Zəfər günü təntənəli şəkildə qeyd olunub.

Bayram tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov və Musa Qasımlı, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının şəhər, qəsəbə və kəndlər üzrə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və Aprel döyüşlərinin şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri, müəllim, məktəbli və tələbələr,  jurnalistlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Masallı Qəhrəmanlar Parkında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, bizə Zəfər sevincini yaşadan şəhidlərin xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Titrlərdə Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif illərdə Qarabağla bağlı sözləri səsləndirilib.

Bayram tədbiri respublikanın Əməkdar artisti Səidə Şərifəliyeva, “O səs Türkiyə” yarışmasının qalibi Adil Baxışlı, Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, Humay Rzayeva, "Halay" folklor qrupunun, Gündüz Babayevin rəhbərlik etdiyi “Masallı Rəqs Qrupu”nun və digərlərinin iştirakı ilə keçirilən konsert proqramı xalqımızın qələbə sevincini əks etdirən gözəl musiqilərlə yekunlaşıb.

Tədbirdə çıxış edən Masallı RİH başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən, Qələbədən sonrakı iki il ərazində görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb və sonda Masallıların simasında bütün Azərbaycan vətəndaşlarını Zəfər Günü münasibətilə təbrik edib.

Konsert axşamının axırında rayon rəhəri tanınmış həmyerlilərimiz — Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri, şair, bəstəkar, həkim Şahin Musaoğlu, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türkiyə Yazarlar Birliyinin sabiq Baş katibi, alim — şairə Rəsmiyyə Sabir və müğənni Adil Baxışlını tədbirlərdə fəallığına görə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə mükafatlandırdı.












“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад