Главная > Siyasət / Manşet > Şəhid əsgər Murad Nefesovun anım mərasimi

Şəhid əsgər Murad Nefesovun anım mərasimi


9-11-2022, 16:32. Разместил: admin44

09 noyabr 2022-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Murad Ocaqdurdu oğlu Nefesovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər. Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Murad Nefesovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin III dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Murad Ocaqdurdu oğlu Nefesovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 

шаблоны для dle 11.2
Вернуться назад