Главная > Siyasət / Manşet > Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım mərasimi


9-11-2022, 16:40. Разместил: admin44

09 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Viləş kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi keçirilmişdir.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və jurnalistlər iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Masallı RİH başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən danışaraq qeyd etmişdir ki, İntiqamın anım gününü iki bayramın qouşağında keçiririk. Dünən Zəfər günü, bu gün isə Bayraq günüdür. Bu bayramları bizə Vətən şəhidləri bəxş etmişlər. Bu həyətə hər gələndə dözümlü Ana qarşısında baş əyirik.

İki şəhid anası Ziba Əsgərova çıxışında icra başçısını və tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, çoğ sağ olun ki, bizi tək qoymursunuz. İntiqamım və Nurlanım Prezidentimizin diqqəti və qayğısına güvənirdi. Onlar çox vətənpərvər ruhda böyümüşdülər, Vətən yolunda da həlak oldular. Mən də ölkə başçımız İlham Əliyevlə güvən duyuram. Ordumuzun gücünə, Qələbəsinə inanırdım. Dəyər verən insanlara, hamınıza təşəkkür edirəm.

 Tədbirdə iki qəhrəman şəhid övladının — Nurlanın və İntiqamın anası Ziba xanım son günlər Masallı rayonunun ictimai həyatında fəal iştirak edən «Masallı xəbərləri» saytının rəhbəri Rauf Cəbiyevə simvolik olaraq xəncər hədiyyəsi təqdim etdi.

Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.

Viləş kənd tam orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

Sonda şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüş, xatirə şəkilləri çəkdirilmişdir.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад