Главная > Siyasət / Manşet > Masallı rayonunun Şatıroba kəndində «Şəhidlər abidəsi»nin açılışı

Masallı rayonunun Şatıroba kəndində «Şəhidlər abidəsi»nin açılışı


9-11-2022, 16:45. Разместил: admin44

09 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Şatıroba kəndində şəhidlərin xatirəsinə ucaldılan abidənin açılışı olub. Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və jurnalistlər iştirak ediblər.

 «Şəhidlər abidəsi» Vətən uğrunda canını fəda edən şəhid Natiq Əhmədovun adını daşıyan Şatıroba kənd tam orta məktəbinin qarşısında inşa olunub.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Masallı RİH başçısı Araz Əhmədov 44 günlük Zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən söhbət açıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümız təmin edildi, həmçinin şəhidlərimizin qisası alındı.

Kənd sakini, Qarabağ döyüşləri qazisi, məktəbin müəllimi Nurəli Səfərov vurğulayıb ki, «Şəhidlər abidəsi» Şatıroba kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılıb.

Mərasimdə Zahir Sadıqov özünün «Vətən» şeirini söyləyib.Sonra abidə ziyarət edilib, önünə gül çələngi və tər çiçəklər düzülüb.

Məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirilib.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад