Главная > Siyasət / Manşet > RİH başçısının Viləş kəndi ərazisində səyyar-görüş qəbulu

RİH başçısının Viləş kəndi ərazisində səyyar-görüş qəbulu


10-11-2022, 19:47. Разместил: admin44

10 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Viləş kəndi ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 4 avqust 2022-ci il tarixdə Mahmudavar ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.

Sonda vətəndaşlardan Bədəlov Bəylər Bayram oğlu - Viləş kənd Sahə Xəstəxanasında Laboratoriya otağının yaradılması və UZİ aparatının qoyulması, Həsənov Oktay Əliş oğlu - Viləş kənd tam orta məktəbinin qaz xəttinə qoşulması, Tahirov Qalib Əziz oğlu - Ərazinin elektrik təsərrüfatının SİP kabelləşməsi barədə və.s vətəndaşlar onları narahat edən məsələlərlə bağlı müraciətlərini etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад