Главная > Siyasət / Manşet > Şəhid Məhəmməd Əliyevin anım mərasimi

Şəhid Məhəmməd Əliyevin anım mərasimi


11-11-2022, 23:30. Разместил: admin44

11 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində 44 günlük Vətən müharibəsinin III dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Məhəmməd İlham oğlu Əliyevin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.Azərbaycan Silahlı Qüvvələrinin  şəhid əsgəri Məhəmməd İlham oğlu Əliyevin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin III dərəcəli "Vətənə xidmətə görə" ordenli şəhid əsgəri Məhəmməd İlham oğlu Əliyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад