Главная > Siyasət / Manşet > Şəhid baş leytenant Sahib Şirəliyevin anım mərasimi

Şəhid baş leytenant Sahib Şirəliyevin anım mərasimi


14-11-2022, 17:58. Разместил: admin44

14 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Yusif oğlu Şirəliyevin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Yusif oğlu Şirəliyevin

ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Şəhid baş leytenantı, “Azərbaycan Bayrağı” ordenli Sahib Şirəliyevin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.





"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад