Главная > Siyasət / Maraqlı > Masallıda rayon rəhbəri Rüdəkənar kəndində

Masallıda rayon rəhbəri Rüdəkənar kəndində


15-11-2022, 18:35. Разместил: admin44

15 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Rüdəkənar kəndində, vətəndaşların səyyar qəbulu zamanı onların müraciətlərinə əsasən yenidən qurulmuş iki ədəd transformator və qum-çınqıl döşənən yola baxış keçirmişdir. 

Rayon elektrik şəbəkəsinin rəisi Samir Hüseynov icra başçısına görülən işlər — tranformatorun orta məktəbin yaxınlığından uzaq məsafəyə köçürülməsi, yeni dayaq basdırılması və s. elektrik təsərrüfatının kənddə gücləndirilməsi barədə gördükləri işlər barədə ətraflı məlumat vermişdir.

 Rayon rəhbəri elektrik işçilərinin gördükləri işdən razı qaqldığını bildirmişdir.

İcra başçısı həmçinin qum-çınqıl döşənən yolun sol, yaxud sağ tərəfində yağış sularının aparılması üçün kanal qazılmasının təşkilatçılığını Mahmudavar kənd ərazi nümayəndəyinə və kənd bələdiyyəsinə tapşırmışdır.

Kənd sakinləri Araz Əhmədova onlarla növbəti görüşündən məmnun olduğunu və gələcəkdə sel-suların daşmasının qarşısını almaq üçün tədbir görülməsini də xahiş etmişlər.

İcra başçısı həmin məsələnin həlli üçün Viləşçay Su İstismarı İdarəsinin rəisi Rusif Kərimova tapşırıq verdi.

Kənd sakinləri qayğı əhatəsində olduqlarına, bu gün isə qısa vaxt ərzində onların xahişlərini təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə və görülən işlərdə zəhməti olanlara minnətdarlıqlarını ifadə ediblər.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад