Главная > Siyasət / Manşet > Şəhid əsgər Elçin Novruzovun anım mərasimi

Şəhid əsgər Elçin Novruzovun anım mərasimi


16-11-2022, 17:26. Разместил: admin44

16 noyabr 2022-ci il tarixdə Masallı şəhərində, Öncəqala kəndindən olan 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elçin Qismət oğlu Novruzovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Elçin Novruzovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin «Vətən uğrunda», «Füzulinin azad olunmasına görə» və «Döyüşdə fərqlənməyə görə» medallı Elçin Qismət oğlu Novruzovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад