Главная > Siyasət / Manşet > Şəhid əsgər Niyaməddin Sultanzadənin anım mərasimi

Şəhid əsgər Niyaməddin Sultanzadənin anım mərasimi


22-11-2022, 20:59. Разместил: admin44

22 noyabr 2022-ci il tarixdə Masallı şəhərindən olan 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Niyaməddin Sultanzadənin ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin «Vətən uğrunda» medallı Niyaməddin Sultanzadənin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад