Главная > Siyasət > Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü təntənə ilə qeyd edilib

Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü təntənə ilə qeyd edilib


2-02-2018, 16:25. Разместил: yeni321
 
Masallıda 2 fevral - Azərbaycan Gəncləri Günü təntənə ilə qeyd edilib


Fevralın 2-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirilmişdir .
Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, fəal gənclər, tələbələr, respublika və yerli KİV nümayəndələri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuş və ümummilli liderin xatirəsini böyük ehtiramla yad etmişlər.

 
 
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Gənclər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, gənclərə xoş arzularını çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutur. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, dövlətçilik məfkurəsinə, yüksək ideyalara malik gənclər formalaşır. Ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi ardıcıl və məqsədyönlü xarakter daşıyır, bu sahədə bir çox dövlət proqramları uğurla icra olunur. Gəncliyin inkişafı cəmiyyətin, xalqın, millətin ümumilikdə Azərbaycanın tərəqqisi, yüksəlişi deməkdir.
 
  
Çıxışının sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayon gənclərini bir daha təbrik etmiş, onlara gələcək təhsillərində və şəxsi həyatlarında nailiyyətlər arzulamışdır.
  
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ötən dövr ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış etmiş, Azərbaycan Gəncləri gününün qeyd edilməsi məqsədilə idarə tərəfindən xüsusi tədbirlər planının işlənib hazırlandığını toplantı iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gün respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda da geniş şəkildə qeyd edilir. Tədbirlər planı çərçivəsində keçirilmiş çoxşaxəli idman və gənclər tədbirləri rayon gənclərinin böyük marağına səbəb olmuş, keçirilən tədbirlərdə gənclərin kütləviçiliyi təmin edilmişdir.
 
Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, YAP Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, Əməkdar müəllim, "Tərəqqi" medallı Mirqabil Hüseynov, fəal gənclərdən – SYSLAB Mərkəzinin kordinatoru Rafət Şirəliyev, Sığıncaq kənd tam orta məktəbinin riyaziyyat müəllimi Əsmər Adıgözəlova, Aprel döyüşçüsü Mansur Quliyev və başqaları gəncləri təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha gəncləri bütün sahələrdə fəal olmağa çağırmışlar.

 
Dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə, elmdə əldə etdiyi yüksək nailiyyətlərə, rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup gənc Masallı Rayon İcra Hakimiyyəti, YAP Masallı Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin Fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olunmuşlar. YAP sıralarına yeni qəbul olmuş gənclərə üzvlük biletləri təqdim edilmişdir.
 
Tədbirdə idarə tərəfindən ötən dövr ərzində təşkil edilmiş bir sıra müsabiqələrin qalibləri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.
Bayram tədbiri Masallı Regional Mədəniyyət və Turizm İdarəsi incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.
 
 
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад