Главная > Siyasət / Manşet > Masallıda ədliyyə işçilərinin peşə bayramı günü
Masallıda ədliyyə işçilərinin peşə bayramı günü22-11-2022, 21:04. Разместил: admin44 |
22 noyabr 2022-ci il tarixdə Masallıda ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 104 illiyi tamam olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu münasibətlə Masallı rayonunda tədbir keçirilib. Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri Masallı şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini, sonra “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər. Tədbirdə Araz Əhmədov müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğu istiqamətindəki həyata keçirdiyi uğurlu siyasətdən danışmış, ədliyyə işçilərinin peşə bayramını təbrik etmişdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |