Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərinin Təklə ərazisində səyyar-görüş qəbulu

Masallıda rayon rəhbərinin Təklə ərazisində səyyar-görüş qəbulu


23-11-2022, 17:12. Разместил: admin44

23 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Təklə ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 22 avqust 2022-ci il tarixdə Təklə ərazisinin sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat vermişdir.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Rzayev Əhməd Rza oğlu, Eyniyev Nazim Əliheydər oğlu, İbrahimov Çingiz Təvəkkül oğlu və başqaları yeni təımir olunmuş Təklə kənd tam orta məktəbinə qaz xəttinin qoşulması, ərazinin Ləngan kəndində ictimai nəqliyyatın bərpa olunması, həmçinin Mollahəsənli kəndində körpünün təmir olunması və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıq bildirmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад