Главная > Siyasət / Manşet > Masallının Ləngan kəndində şəhid ailəsi ziyarət olundu

Masallının Ləngan kəndində şəhid ailəsi ziyarət olundu


24-11-2022, 17:38. Разместил: admin44

24 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və hüquq — mühafizə orqanlarının rəhbərləri Təklə ərazisinin Ləngan kəndində yaşayan Birinci Qarabağ müharibəsi şəhidi Musayev Murad Qurbanəli oğlunun ailəsini ziyarət edib, yataq xəstəsi olan şəhidin anası, 1952-ci il təvəllüdlü Musayeva Ruqiyyə Ağabala qızını növbəti dəfə yoxlayıb, ev şəraitinə baxıb. İcra başçısı 22 avqust 2022-ci il tarixdə Ruqiyyə Musayevanın evində olarkən onun qayğı və problemləri ilə maraqlanmış, evində hamam və digər lazımi ev şəraitinin tikilməsini arzu etmişdi. Şəhid anasının arzusu yerinə yetirilib, hamam və digər işlər istifadəyə verilib. Həmin görülən işlərə görə şəhid anası rayon rəhbəri Araz Əhmədova və gənc sahibkar Vüsal Adına oğlu Salayevə dönə-dönə təşəkkür edib.

Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb. İcra başçısı bu dəfə şəkər xəstəsi olan şəhid anasına lazımi tibbi yardım göstərilməsi tapşırığını verib.

Şəhidin anası Ruqiyyə Musayeva ona göstərilən diqqət, qayğı və dəstəyə görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад