Главная > Siyasət / Manşet > Şəhid çavuş Cavad İbadovun anım mərasimi

Şəhid çavuş Cavad İbadovun anım mərasimi


29-11-2022, 17:25. Разместил: admin44

29 noyabr 2022-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Cavad Cabir oğlu İbadovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid  çavuşu  Cavad İbadovunailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə»,  «Xocavəndin azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medallı Cavad İbadovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.







“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад