Главная > Siyasət > Masallıda İctimai Şura üzvləri rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış oldular

Masallıda İctimai Şura üzvləri rayonda aparılan abadlıq-quruculuq işləri ilə tanış oldular


29-11-2022, 17:27. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri 29 noyabr 2022-ci il tarixində şəhərin müxtəlif ərazilərində rayonda aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşlar.

Şura üzvləri RİHB tapşırığına əsasən "ABAD məhəllə" layihəsinin icra olunduğu binaların həyətlərində aparılan işlərlə yaxından tanış oldular. Sonra isə, Səfəralı Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişdiyi ünvanda Fövqəladə Hallar Nazirliyinin sərəncamına əsasən qanunsuz tikili sökülərək yerində inşa olunacaq "8 noyabr Zəfər günü - memorial kompleksinin" ərazisində də olublar.

Daha sonra isə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olan İctimai Şuranın üzvləri Zərifə Əliyeva küçəsində Niyaməddin Sultanzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa olunmuş abidə - bulaq kompleksini ziyarət ediblər, sözügedən küçədə aparılan asfaltlanma işləri ilə də yaxından tanış oldular. İctimai Şuranın üzvləri rayonda  aparılan islahatları, görülən işləri yaxından izləyir və mütəmadi olaraq rayon ərazisində maarifləndirici təbliğatlar aparırlar.

İctimai Şuranın üzvləri rayonda görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova sonsuz təşəkkürlərini ifadə edirlər.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад