Главная > Siyasət / Manşet > BƏDƏLAN KƏNDİNDƏ ARTEZİAN QUYUSU İSTİFADƏYƏ VERİLDİ
BƏDƏLAN KƏNDİNDƏ ARTEZİAN QUYUSU İSTİFADƏYƏ VERİLDİ7-12-2022, 16:19. Разместил: admin44 |
Masallı rayonunun Bədəlan kəndində yeni, 160 metr dərinliyində artezian quyusu və üzərində suötürücüsü olan qüllə istifadəyə verilmişdir. 07 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və jurnalistlər həmin yerə baxış keçirmişlər. Masallı rayonunun ictimai-siyasi, sosial-iqtisadi orqanı olan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, Bədəlanda son günlər Masallı Rayon İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə görülən xeyriyyə işləri barədə ərazi nümayəndəsi Mətanət Paşayeva məlumat vermişdir. O, icra başçısına bildirmişdir ki, müasir qurğularla istifadəyə verilən suötürücü artezian quyusu Rusiya Federasiyasında yaşayan əslən Masallı rayonunun Bədəlan kəndindən olan sahibkarlıarın, kənd xeyriyyəçilərinin və ağsaqqalların xeyir-duası ilə ərsəyə gəlmişdir. Gələcəkdə həmin xeyirxah insanlarla daha yaxşı işlərə imza atmağı, xeyriyyəçilik işlərini genişləndirmək fikrimiz vardır. Araz Əhmədov xeyirxah işlərinə görə Bədəlan kənd ağsaqqallarına, xeyriyyəçilərə və Rusiya Federasiyasında yaşayıb işləyən həmvətənlərimizə dərin təşəkkürünü bildirmişdir. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |