Главная > Siyasət / Manşet > Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi

Yolağac kəndində şəhid Raqib Əzizovun anım mərasimi


8-12-2022, 17:43. Разместил: admin44

08 dekabr 2022-ci il tarixdə Masallı rayonunun Yolağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid giziri Raqib Vidadi oğlu Əzizovun anım mərasimi keçirilib.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon şöbəsinin, şəhid ailələri, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.

Vətən müharibəsinin şəhid giziri Raqib Vidadi oğlu Əzizovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.

Vətən müharibəsinin şəhidi, «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə» və «Zəngilanın azad olunmasına görə» medallı Raqib Vidadi oğlu Əzizovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад