Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyətinin başçısının 30 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu
Masallı Rayon İcra Hakimiyyətinin başçısının 30 dekabr 2022-ci il tarixli vətəndaş qəbulu30-12-2022, 21:30. Разместил: admin44 |
30 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulunu keçirmişdir. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Görüşün əvvəlində müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni, 2023-cü il münasibətilə bütün Masallı vətəndaşlarına müraciət etmiş, hamının bayramını təbrik etmişdir. Daha sonra vətəndaşların qəbuluna başlanmışdır. Növbəti qəbulda Masallı şəhər, Boradigah və Ərkivan qəsəbə, Qızılağac, Köhnə Alvadı, Öncəqala, Musakücə, Şıxlar, Qədirli, Qarğalıq, Köçəkli, Yeyənkənd, İkinci Yeddioymaq, Alışanlı, Sərçuvar və digər kəndlərindən 36 nəfərə yaxın vətəndaş müraciət etmişdir. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilmiş, qeydiyyatı aparılmışdır. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən 12-i dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |