Главная > Siyasət / Manşet > Masallı rayon İcra Hakimiyyəti Başçısının təbriki

Masallı rayon İcra Hakimiyyəti Başçısının təbriki


31-12-2022, 10:49. Разместил: admin44

Əziz masallılılar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq və sevinc dolu günlər arzu edir, müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Masallımızın inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm. Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə - “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunmuşdur.

2023-cü il Azərbaycan Xalqı üçün Ümumilli Lider Heydər Əliyevin 100-illik yubileyi ilə əlamətdardır. Cənab Prezidentin müvafiq sərəncamı ilə qədəm qoyacağımız il “Heydər Əliyev” ili elan edilmişdir.

Vətənimizdə milli qurtuluş, dövlət quruculuğu, xilaskarlıq missiyasını uğurla gerçəkləşdirən tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev müdrikliyini, dahiliyini və ona ümumxalq sevgisinin, məhəbbətinin parlaq ifadəsi olaraq əminəm ki, hər bir masallılı 2023-cü ildə doğma rayonumuzun abadlıq-quruculuq işlərində fəal iştirak edəcəkdir.

Şəhidlərimizin qanı və canı bahasına əldə olunan Böyük Azərbaycanın varlığının əbədi və möhkəm olması naminə həm arxa, həm də ön cəbhədə bir əsgər olmalı, Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıran, Azərbaycanı uğurlu gələcəyə aparan, Qələbəmizin memarı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycan dövlətinin müstəqilliyini qorumalıyıq.

Əziz masallılılar!

Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımızın tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayır, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il  münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!

Bayramlarınız Mübarək Olsun!

Hörmətlə: Araz Süleyman oğlu Əhmədov - Masallı Rayon İcra Hakimiyyətinin Başçısı


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад