Главная > Siyasət / Manşet > Şəhid Masim Qurbanovun anım mərasimi

Şəhid Masim Qurbanovun anım mərasimi


10-01-2023, 17:00. Разместил: admin44

Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun anım mərasimi keçirilib.
Anım mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunmuşdur.

Sonda rayon rəhbəri Şəhid Masim Qurbanovun atası Hafis Qurbanova oğlunun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim etmişdir.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад