Главная > Siyasət > İdeoloji işin və uğurlu siyasətin təbliği

İdeoloji işin və uğurlu siyasətin təbliği


9-02-2018, 08:59. Разместил: yeni321

 
İdeoloji işin və uğurlu siyasətin təbliği

Təzə Alvadıda tədbir



Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.
 8 fevral 2018-ci il tarixdə də mühazirəçilər qrupunun növbəti görüşü 1 nömrəli Təzə Alvadı kənd tam orta məktəbində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
 

 "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax və Lənkəran rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva "Erkən nikahlar və onların fəsadları", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm" mövzularında mühazirələr oxumuşlar.

 
 Kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini və onun ətrafında sıx birləşdiklərini bildirib, ölkədə gedən quruculuq işlərini təqdir etmişlər.
 Kənd sakinləri həmçinin aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirmişlər.
 Tədbiri yekunlaşdıran RİH başçısının müavini Aybəniz Qafarova erkən nikahla mübarizə və təhsilin inkişafı istiqamətində tövsiyələr vermişdir.
 





 

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад