Главная > Siyasət / Manşet > Şəhid Sənan Seyfullayevin 2-ci ildönümü

Şəhid Sənan Seyfullayevin 2-ci ildönümü


12-01-2023, 17:00. Разместил: admin44


Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Seyfullayev Sənan Mətləb oğlunun 2-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasiminə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunmuşdur.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısına və qonaqlara dərin minnətdarlığını bildirmişdir.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
 

   шаблоны для dle 11.2
Вернуться назад