Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərinin Ərkivan ərazisində 25.01.2023-cü il tarixli səyyar-görüş qəbulu

Masallıda rayon rəhbərinin Ərkivan ərazisində 25.01.2023-cü il tarixli səyyar-görüş qəbulu


25-01-2023, 19:57. Разместил: admin44

25 yanvar 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Ərkivan ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov Ərkivan ərazisində rayon rəhbərinin sakinlərlə ilə ötən görüş zamanı etdikləri müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat vermişdir.

Ötən qəbulun vəziyyəti barədə tam məlumat verildikdən sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qaldırılan məsələlər barədə vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.










“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад