Главная > Siyasət / Manşet > Masallıda 2 fevral Azərbaycan Gəncləri günü - 2023

Masallıda 2 fevral Azərbaycan Gəncləri günü - 2023


2-02-2023, 18:34. Разместил: admin44

02 fevral 2023-cü il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

Rayon Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Xalqının Ümummilli Lideri heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin aparıcısı İradə İmanbəyli tədbiri giriş sözü ilə açaraq əvvəlcə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik etdi.

Tədbir “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarxla başladı.

Sonra tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırdı. Eyni zamanda rayonumuzda sosial-iqtisadi, ictimai-siyasi və digər sahələrdə çalışan gənclər barədə statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı. Ölkə başçısının Gənclərin sahibkarlıq, məşğulluq imkanlarının artırılması, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi ölkənin hər bir yerində olduğu kimi rayonumuzdan da yan keçmədiyini və bu istiqamətdə Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının rayonumuzda icra olunması istiqamətində çox işlər görüldüyünü bildirdi.

Tədbirdə Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Masallı rayon Təşkilatının sdəri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət idarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon Gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, sərbəst güləş üzrə Avropa və Dünya çempionu Ruzanna Məmmədova, gənc təlimçi, Şuşa-Xankəndi yolundan eko fəal Rafət Şirəliyev, coğrafiya fənni üzrə olimpiada qalibi Rövnəq Cəfərov və başqaları çıxış edərək

gəncləri təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha gəncləri bütün sahələrdə fəal olmağa çağırmışlar.

Daha sonra, Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından 2 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.
















“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад