Главная > Siyasət / İdman > Gənclər və idman naziri Masallıda olub

Gənclər və idman naziri Masallıda olub


12-02-2023, 13:17. Разместил: admin44

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə - Lənkəran, Yardımlı, Lerik və Masallı rayonlarına səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb, gənclərlə görüşlər keçirib.

Masallı rayonunda olan nazir Fərid Qayıbov  nazir müavini Mariana Vasileva, millət vəkili Məşhur Məmmədov, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri ilə birlikdə rayonda yeni açılan “Zəfər” ağır atletika klubuna və Boradigah qəsəbəsində fəaliyyət göstərən idman zalına baxış keçirib, mövcud şəraitlə maraqlanıb, idmançılarla söhbət ediblər.




Akif Ağayev

“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад