Главная > Siyasət > Masallıda YAP veteranları ilə görüş keçirilib

Masallıda YAP veteranları ilə görüş keçirilib


16-02-2023, 15:00. Разместил: admin44

Fevralın 15-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında  “Heydər Əliyev ili” çərçivəsində YAP Masallı rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar ”Yeni Qələbələrə doğru” mövzusunda partiya veteranları ilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, şəhidlərimizin eləcə də Türkiyədə baş vermiş təbii fəlakətdə vəfat edənlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır. Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan nəinki Cənubi Qafqazda, ümumiyyətlə,Avropada lider dövlətə çevrilib.

Yeni Azərbaycan Partiyasının qurucusu və memarı ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən Seyfəddin Əliyev diqqətə catdırıb ki, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri misilsizdir: “Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür.

Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə -1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Heydər Əliyevə olan inam və etimad Yeni Azərbaycan Partiyasında inam formalaşdırmışdır. Qısa müddətdə Azərbaycanın bütün şəhər və rayonlarında Yeni Azərbaycan Partiyasının təşkilatlanması prosesi başladı. Həmin proses Masallı rayonunda da öz həllini tapdı. YAP Masallı rayon təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar. 26 fevral 1993-cü il də dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Masallı rayonun təşkilatının təsis konfransı keçirilib.

Görüşdə Mahmudavar ərazi partiya təşkilatının sədri, “Tərəqqi” medallı Cəmaləddin Ağayev, partiya veteranları Qardaş Fətullayev,Əfrail Fərziyev, Fizuli Fətullayev, Mirqabil Hüseynov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki xalqı düşünülmüş məhv olmaya sürükləyən siyasi proseslər, özbaşınalıqlar, hazırkı müxalifət liderlərinin öz şəxsi maraqları naminə ölkədə yaratdıqları vətəndaş qırğınları nəticəsində xalqın xilaskarı – Ulu Öndər Heydər Əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirilməsinin tarixi zərurətdən doğduğunu vurğulayıblar.

Tədbirin sonunda partiya sıralarına yeni daxil olan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuş, bir qrup partiya veteranına, fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.














“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад