Главная > Siyasət / Manşet > MASALLIDA XOCALI FACİƏSİNİN 31-Ci İLDÖNÜMÜ

MASALLIDA XOCALI FACİƏSİNİN 31-Ci İLDÖNÜMÜ


26-02-2023, 17:16. Разместил: admin44


26 fevral 2023-cü il tarixdə Masallı şəhər «Qəhrəmanlar parkı»nda Xocalı soyqırımının qurbanları anıldı.
Səhər saatlarından başlayaraq Masallı şəhər «Qəhrəmanlar parkı»nda, şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Xocalkı faciəsi qurbanları anılmışdır.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsini müvəqqəti icra edən Adəm Məhərrəmov və aparatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbə və məktəblilər növbə ilə abidə-kompleksi önünə tər gül dəstələri düzməklə faciə qurbanlarının xatirəsini dərin hüznlə yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад