Главная > Siyasət > Hindistanın Azərbaycandakı səfiri Masallıda olub

Hindistanın Azərbaycandakı səfiri Masallıda olub


16-02-2018, 16:37. Разместил: yeni321
 
Hindistanın Azərbaycandakı səfiri Masallıda olub


Fevralın 16-da Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda olub.
Masallı Rayon Sənaye Məhəlləsində hindistanlı diplomatla keçirilən görüşdə qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, Hindistanla Azərbaycanın təbiətinin oxşarlığı hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük imkanlar açır.
Masallıda Hindistan mədəniyyəti və incəsənətinə böyük marağın olduğunu vurğulayan rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun istifadəyə verilməsilə iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edib, turizm və kənd təsərrüfatı sahəsində mütəxəssis mübadiləsinin faydalı olacağını diqqətə çatdırıb.
Görüş zamanı həmçinin RİH başçısı cənab Rafil Hüseynov rəsmi qonağa Azərbaycan-Hindistan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Masallı ilə dost ölkə arasında iqtisadi-mədəni əlaqələrin və əməkdaşlığın qurulmasında, xüsusilə kənd təsərrüfatının çayçılıq, çəltikçilik və sitrusçuluq bölmələrinin inkişafı ilə bağlı təcrübə mübadiləsində maraqlı olduğunu bildirib.
Görüşdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı xarici investorlar üçün mövcud əlverişli şərait barədə fikir mübadiləsi aparılıb.
Hindistanlı diplomat Masallı şəhərində yeni tikilən Sənaye Məhəlləsi ilə ətraflı tanış olub, rayonun görməli yerlərinə baxıb. Yüksək qonaqpərvərliyə görə rayon rəhbərinə minnətdarlığını bildirən Sanjay Rana qarşılıqlı olaraq bu fikirləri dəstəklədiyini, ikitərəfli əlaqələrin qurulmasında bir səfir kimi bütün imkanlardan istifadə edəcəyini söyləyib.

Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад