Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri müvafiq Sərəncamlar imzaladı

Masallıda rayon rəhbəri müvafiq Sərəncamlar imzaladı


7-03-2023, 08:18. Разместил: admin44


Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vakant olan dövlət qulluğu vəzifələrinə təyinatlarla bağlı Sərəncam imzalayıb.

Belə ki, Rayon İcra Hakimiyyəti Başçısının 06 mart 2023-cü il tarixli müvafiq sərəncamları ilə Famil Soltanağa oğlu Cəfərov Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə, Rövşən İbadulla oğlu Sarxanlı Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşlar.

Rayon İcra Hakimiyyəti Başçısının digər sərəncamları ilə Akşin Rəsul oğlu Xəlilov Masallı rayon İcra Hakimiyyətinin Başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, Qarabəy Həzərxan oğlu Nəsirov Masallı rayon İcra Hakimiyyəti Başçısının Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunmuşlar.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад