Главная > Siyasət / Manşet > 8 Mart Beynəlxalq Qadınlar Günü Masallıda təntənəli qeyd olundu

8 Mart Beynəlxalq Qadınlar Günü Masallıda təntənəli qeyd olundu


7-03-2023, 18:27. Разместил: admin44

07 mart 2023-cü il tarixdə Masallı Gənclər Evində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

            İlk öncə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Parkında ucalan Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

            Masallı Gənclər Evində davam edən tədbiri Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov açaraq ilk olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Qəhrəman şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir. Sonra rayon rəhbəri Azərbaycan Respublikasının Vitse-Prezidenti mehriban xanım Əliyeva başda olmaqla tədbirdə iştirak edən və onların simasında bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.

            Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Gülcahan Vəkilzadə, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə və başqaları qadınların cəmiyyətdəki rolundan, dövlətin qadınlara olan xüsusi diqqət və qayğısından, eləcə də müxtəlif sahələrdə çalışan qadınların əzmindən söhbət açmışlar.

Tədbirin sonunda müxtəlif sahələr üzrə fərqlənən xanımlara Masallı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim edilmişdir.








“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад