Главная > Siyasət / Manşet > Masallıda yeni təyinatlar

Masallıda yeni təyinatlar


7-03-2023, 19:31. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vakant olan dövlət qulluğu vəzifələrinə təyinatlarla bağlı Sərəncam imzalayıb.

Belə ki, Rayon İcra Hakimiyyəti Başçısının 07 mart 2023-cü il tarixli müvafiq sərəncamları ilə Cəmil Kamil oğlu Məmmədov Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə, Tərlan Məşkur oğlu Şahverdiyev Masallı rayon İcra Hakimiyyətinin Başçısının Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşlar.

Rayon İcra Hakimiyyəti Başçısının digər sərəncamı ilə Ağamirzə Zakir oğlu Kərimov Masallı rayon İcra Hakimiyyəti Başçısının Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunmuşdur.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад