Главная > Siyasət / Manşet > Rayon rəhbərinin Qızılavar ərazisində 09.03.2023-cü il tarixli səyyar-görüş qəbulu

Rayon rəhbərinin Qızılavar ərazisində 09.03.2023-cü il tarixli səyyar-görüş qəbulu


9-03-2023, 18:27. Разместил: admin44

09 mart 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Qızılavar ərazisində vətəndaşların növbəti səyyar görüş-qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar, ziyalılar və kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış və səyyar görüş-qəbulunu açıq elan etmiş, Masallı RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Tohid Hüseynov Qızılavar ərazisində rayon rəhbərinin sakinlərlə ilə ötən görüş zamanı etdikləri müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat vermişdir.

Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, vətəndaşların müraciətinə həsasslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.

Qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад