Главная > Siyasət > Masallıda 09 mart 2023-cü il tarixli növbəti təyinat

Masallıda 09 mart 2023-cü il tarixli növbəti təyinat


10-03-2023, 23:30. Разместил: admin44

Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vakant olan İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi barədə Sərəncam imzalayıb.

Belə ki, rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi İnqilab Balaxan oğlu Mirzəyev tutduğu vəzifədən azad edilərək Masallı rayon İcra Hakimiyyəti Başçısının İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur. İ.Mirzəyev eyni zamanda İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад