Главная > Siyasət > Masallıda maarifləndirici tədbirdə elektron miqrasiya xidməti məsələlərindən danışılıb

Masallıda maarifləndirici tədbirdə elektron miqrasiya xidməti məsələlərindən danışılıb


21-02-2018, 13:55. Разместил: yeni321
 
Masallıda maarifləndirici tədbirdə elektron miqrasiya xidməti məsələlərindən danışılıb

Masallı şəhərindəki "ASAN xidmət" kompleksinin İncəsənət Məktəbində Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən hüquqi maarifləndirmə tədbirində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə elektron qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışılıb.
 
www.yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir  ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları Zamiq Kərimov, İlkin Əsgərov və Ramil Bəşirov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də elektron idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi istiqamətində əsaslı tədbirlərin həyata keçirildiyini bildiriblər.
Xidmətin əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə elektron qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışıblar.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasında əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər barədə də məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.шаблоны для dle 11.2
Вернуться назад