Главная > Siyasət / Manşet > Masallı mədəniyyət işçilərinin Novruz şənliyi

Masallı mədəniyyət işçilərinin Novruz şənliyi


15-03-2023, 23:30. Разместил: admin44

Xalqımızın ən əziz bayramlarından olan Novruzun gəlişi münasibətilə Masallı rayonunda müxtəlif tədbirlər keçirilir.

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə növbəti tədbir Ərkivan qəsəbəsində oldu.

Rayonun məsul şəxsləri, şəhid ailələri və qazilər, mədəniyyət işçiləri, ziyalıılar, media nümayəndələri və qəsəbə sakinlərinin iştirak etdiyi tədbir öncəsi Ərkivan Şəhidlər Kompleksi ziyarət edildi, milli adət ənənələrimizi, Novruz atributları, qədim folklor nümunələrimizi özündə əks etdirən eksponat və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Aparıcı Camaləddin Əliyev tədbiri açıq elan etdi, Ulu öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Ərkivan qəsəbə Sənətkarlıq Evinin qarşısındakı meydanda keçirilən tədbirə toplaşanları bayram münasibətilə təbrik edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, şəhid Famil Əlizadənin atası Habil Rəhimov Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzuladılar.

Sonra bayram tonqalı alışdırıldı.

N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzinin “Təravət” instrumental ansamblının, eləcə də solistlər Miriş Hüseynlinin, Humay Rzayevanın, Şamo İbayevin, Atamoğlan və Ruslan Zahidovların, Ərkivan, Şərəfə, Qarğalıq, Kürdəbaz yaradıcılıq klubları birgə özfəaliyyət kollektivlərinin, “Halay” folklor xalq kollektivinin, məktəblilərin ifası ilə geniş konsert proqramı təqdim olundu.

Əsl bayram ab-havası yaşanan tədbirdə Novruzun personajları Bahar qızı, Kosa və Keçəlin iştirakı, qədim xalq rəqsləri, folklor deyimləri, çərşənbələrə aid şeirlər, bayatılar tamaşaçılar tərəfindən maraqla qarşılandı. İdmançıları nümunəvi çıxışları, milli geyimli fidanların meydandakı rəqsi şənliyə xüsusi rəng qatdı.







Akif Ağayev


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад