Главная > Siyasət > Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Masallıda vətəndaşları qəbul edib


15-03-2023, 23:30. Разместил: admin44

15 mart 2023-cü il tarixdə Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад