Главная > Siyasət / Manşet > Bədəlan kənd həkim məntəqəsinin açılışı

Bədəlan kənd həkim məntəqəsinin açılışı


16-03-2023, 18:12. Разместил: admin44

Masallı rayon Bədələn kəndində həkim məntəqəsinin açılışı olmuşdur. Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd ağsaqqalları, ziyalılar və tibb işçiləri iştirak etmişlər.

Rayon rəhbəri həkim məntəqəsinin əsaslı təmirdən sonra vəziyyəti ilə tanış olmuş, Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu məntəqə barədə məlumat vermişdir.

Həkim məntəqəsində görülən işləri yüksək qiymətləndirən rayon rəhbəri zəhməti olan hər kəsə dərin minnətdarlığını ifadə etmişdir.

Açılış mərasimində iştirak edən kənd sakinləri yaradılmış şəraitə görə Ölkə Başçısı Cənab İlham Əliyevə, mərasimdə iştirak etdiyinə görə rayon rəhbərinə, qonaqlara və məntəqənin təmir olunmasında dəstək olanlara təşəkkürlərini bildirdilər.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад