Главная > Siyasət > Xocalı faciəsi qurbanlarının xatirəsi Belarusda yad edilib

Xocalı faciəsi qurbanlarının xatirəsi Belarusda yad edilib


23-02-2018, 16:51. Разместил: yeni321
 

Xocalı faciəsi qurbanlarının xatirəsi Belarusda yad edilib

Fevralın 22-də Qomel vilayətinin (Belarus Respublikası) Svetloqorsk şəhərində Xocalıda azərbaycanlıların soyqırımına həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin iştirakı ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi (AİK BİB) tərəfindən təşkil edilib.
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov tədbiri açaraq Xocalı soyqırımı, bu şəhərin yüzlərlə sakininin heç bir təqsiri olmadığı halda qətlə yetirilməsi barədə məlumat verib. Anım mərasimi iştirakçılarını Azərbaycan tarixinin bu qanlı səhifəsini unutmamağa çağıran səfir qeyd edib ki, Xocalı soyqırımı barədə məlumatın yayılması hər bir azərbaycanlının borcudur. Diplomat vurğulayıb: “Erməni quldur dəstələrinin törətdiyi vəhşilikləri bütün dünya bilməlidir”.
“Azərbaycan İcmaları Konqresi” BİB-in nümayəndəsi Məzahir Yusifov deyib: “Ermənistan prezidenti Serj Sarkisyan Xocalı qırğınında şəxsən iştirak etməsini bildirib. Dünya birliyi isə susur və buna heç bir münasibət bildirmir”.
AİK BİB-in Bobruysk bölməsinin rəhbəri Eyyub Yusifov bu qanlı hadisələr barədə məlumatın Belarus sakinləri arasında yayılmasının vacib olduğunu vurğulayıb. AİK BİB gənclər bölməsinin nümayəndəsi Ülvi İmanov Xocalı faciəsinin anım mərasiminə münasibət barədə söhbət açaraq vurğulayıb ki, azərbaycanlıların indiki nəsli, o cümlədən AİK BİB-in gənclər bölməsi Xocalı faciəsi barədə məlumatın gənclər arasında yayılması üçün fəal iş aparır.
Görüş iştirakçılarına Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı qırğını qurbanlarının xatirəsinə ehsan verilib.AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад