Главная > Siyasət > Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst keçirlər

Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst keçirlər


10-04-2023, 15:09. Разместил: admin44

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 120-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus 1 minik, 4 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Aksiya keçirilən ərazidən səhər saatlarında sülhməramlılara məxsus ümumilikdə hər iki istiqamətə 13 avtomobil keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.




Azərtac


“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад