Главная > Siyasət > Masallıda yeni kadr təyinatı

Masallıda yeni kadr təyinatı


13-04-2023, 23:30. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyinat olub.

Belə ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun 12 aprel 2023-cü il tarixli müvafiq Sərəncamı ilə Səməd Pərviz oğlu Zeynallı Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səməd Zeynallı təyinatdan öncə Masallı rayon Heydər Əliyev Mərkəzində Təsərrüfat müdiri vəzifəsində çalışırdı.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад