Главная > Siyasət / Manşet > Masallıda Əmək yarmarkası təşkil olunmuşdur
Masallıda Əmək yarmarkası təşkil olunmuşdur27-04-2023, 18:26. Разместил: admin44 |
27 aprel 2023-cü il tarixdə Masallı Olimpiya İdman Kompleksində Masallı Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Əmək yarmarkası təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı, işsizliyin aradan qaldırılması, insanların rifah halının yaxşılaşıdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq növbəti əmək yarmarkası təşkil edimişdir. Yarmarkada 25 müəssisə tərəfindən nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində vakansiya bankına yerləşdirilmiş 300-ə yaxın vakansiya işaxtaran vətəndaşlara təqdim olunmuşdur. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçiriləcək, uyğun namizədlər növbəti mərhələyə dəvət edilərək işlə təmin olunacaqlar. Əmək yarmarkası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən işaxtaran və işsiz şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir. Bu günkü əmək yarmarkası rayonun məşğulluq sahəsində keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinə, layiqli iş yerlərinin yaradılmasına, insanların işlə təmin olunmasına və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldilən bir tədbirdir. İnanıram ki, tədbirdə iştirak edən 25 idarə-müəssisə və 65 iri əmək tutumlu sahibkarlıq subyektləri yeni iş yerlərinin yaradılmasına diqqəti artıracaq və işaxtaranların işlə təmin olunmasına yaxından köməklik göstərəcəklər. Yarmarkada çıxış edən Lənkəran-Astara Regional Məşğulluq Filialının müdiri: Rasim Harəzmşah, “Masallı İstisu Sanatoriyası” MMC-nin rəhbəri İldırım Allahyarov və başqaları İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil etdiyini ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilməsini və yüksək nailiyyətlərin əldə olunmasından bəhs etmişlər. Tədbirin yekununda işaxtaran və işsiz şəxslərin vakansiyalarla tanış olunmasına başlanılmışdır. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |