Главная > Siyasət / Manşet > Masallıda “Nur dolu ömür” adlı tədbir

Masallıda “Nur dolu ömür” adlı tədbir


28-04-2023, 19:49. Разместил: admin44

28 aprel 2023-cü ildə Masallı şəhər Gənclər evində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Nur dolu ömür” adlı tədbir keçirilmişdir.

Tədbir akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarxın  nümayiş edilməsi ilə başlamışdır.

Daha sonra tədbiri açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirmişdir ki, 2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır.

Görkəmli alim Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olub. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük.

Daha sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev,  MRX  PHŞ-nin direktoru İlqar Ramizoğlu, Heydər Əliyev Mərkəzinin  direktoru Dilbər İbayeva, Dəmirçi ümumi orta məktəbinin direktoru Aytən Şükürova çıxış edərək Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın bir-birinə olan məhəbbətindən, ümummili liderin təzyiqlərə baxmayaraq bu sevgidən vaz keçməməsindən, Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə Əliyevanın əziz xatirəsinin respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqda olmasından, onun müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynaması, Ulu Öndərin yaxın silahdaşı, cənab Prezident İlham Əliyevin tərbiyəçisi olmasından geniş söz açaraq bildirmişlər ki, Zərifə xanım  elə bir tərbiyənin, sevginin əsasını qoyub ki, bu gün  həmin ailənin hər üzvü  mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. Zərifə xanım bir də ona görə xoşbəxt insanlardandır ki, bu gün onun ocağında onun yolunu davam edən, xeyirxahlıq və ümid təcəssümü olan Mehriban xanım Əliyeva var

Tədbir Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında «Zərifə sevgisi Heydər sevinci» adlı ədəbi kompozisiya ilə yekunlaşmışdır.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад