Главная > Siyasət / Manşet > Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü

Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü


29-04-2023, 20:11. Разместил: admin44

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Masallı rayonunda silsilə tədbirlər keçirilməkdə davam edir.

29 aprel 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda Masallı rayonunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, rayonun hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının fəalları, idarə, müəssisə və ictimai təşkilatların rəhbərləri, RİHB-nın ərazi dairəsi üzrə nümayəndələri, təhsil işçiləri, məktəb direktorları, ağsaqallar, ziyalılar, jurnalistlər, qonaqlar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək, Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı rayonda keçirilən silsilə tədbirlər barədə məlumat verib. Bildirib ki, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider hakimiyyəti dövründə ölkəmizdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik işlər görüb. O, Azərbaycan xalqının və dövlətinin xilaskarıdır.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Masallı rayonuna da böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlməsindən sonra Masallı rayonunun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Ulu Öndərin diqqət və qayğısı ilə Masallı rayonu inkişaf edib, daha da gözəlləşib.

«Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşən rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycanın milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşamış, möhkəm və sarsılmaz təminat yaradılmışdır.

Bu gün Azərbaycanda Heydər Əliyev erası davam edir və daim davam edəcəkdir. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu öndərin “Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam” sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur.Bu gün Ulu Öndərin bizə bəxş etdiyi Azərbaycanın Dövlət Müstəqilliyi Əbədidir, Sarsılmazdır, Dönməzdir!” — deyə Masallı RİH başçısı A.Əhmədov nitqini yekunlaşdırıb.

Sonra Milli Məclisin deputatları, Professor Anar İsgəndərov və Məşhur Məmmədov, Tarix elmləri doktoru, Professor Şikar Qasımov konfransda «Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda çıxış ediblər.

Masallı rayonunun “Yeni həyat” adlı ictimai-siyasi qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, çıxışlarda Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Qeyd olunub ki, məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlülüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə, yəni 1969-1982-ci və 1993-2003-cü illəri xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb.

Çıxışlarda həmççinin vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.








“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад