Главная > Siyasət > 1 Mart Ümumdünya Mülki Müdafiə günüdür

1 Mart Ümumdünya Mülki Müdafiə günüdür


1-03-2018, 13:53. Разместил: yeni321
 
1 Mart Ümumdünya Mülki Müdafiə günüdür
 
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə keçirilən tədbirdə rayon idarə və təşkilatlarının fövqəladə hallar qərərgahının rəisləri, ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Gənclər Mərkəzində keçirilən yığıncağı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev açdı.
Masallı RİH-nin fövqəladə hallar qərərgahının rəisi İnqilab Mirzəyev Mülki Müdafiə günü münasibətilə məruzə etdi. Bildirdi ki, 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə təşkilatı yaradılmış, 1993-cü ildə Azərbaycan Respublikası bu təşkilatın tərkibinə daxil olmuşdur.
Rayon Təhsil şöbəsinin, rayon Mərkəzi xəstəxanasının FH qərərgahının rəisləri Əyyar Burhanov və Zəkəriyyə Babayev təşkilatlarında keçirilən Mülki Müdafiə  tədbirlərindən danışmış, baş verə biləcək fövqəladə hallara qarşı əhali, o cümlədən məktəblilər arasında maarifləndirmə işlərindən bəhs etdilər.
Masallı rayon  Dövlət Yanğından Mühafizə hissəsinin rəisi daxili xidmət mayoru Qabil Nemətov baş verə biləcək təbii və texnogen, eləcə də yanğın və digər hadisələrin qarşısının alınmasında başçılıq etdiyi hissənin əməkdaşlarının daim fəal olduğunu bildirdi.

“Yeni həyat”,
www.yeniheyet.az 
  шаблоны для dle 11.2
Вернуться назад