Главная > Siyasət / Manşet > Masallıda stolüstü tennis zalı və uşaq bağçalarının açılışı oldu

Masallıda stolüstü tennis zalı və uşaq bağçalarının açılışı oldu


9-05-2023, 20:17. Разместил: admin44



Stolüstü Tennis Federasiyasının Masallı filialının, şəhər 4 saylı və Ərkivan qəsəbə körpələr evi-uşaq bağçalarının yeni binaları istifadəyə verildi

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, o cümlədən rayon rəhbərinin təşəbbüsü ilə bir sıra abadlıq-quruculuq işləri həyata keçirilir.

Məhz Ümummili Liderin yubileyinə töhfə olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, yerli sahibkarların maliyyə dəstəyi ilə mayın 9-da Masallı rayonunda istifadəyə veriləcək bir neçə tikilinin açılışı oldu.

Əvvəlcə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov və rayon rəsmiləri, Milli Məclisin üzvləri, iş adamları, rayonun ictimaiyyət və media nümayəndələri şəhərin Heydər Əliyev adına parkında Ulu Öndərin abidəsini, Qəhrəmanlar parkında “Şəhidlər” abidə kompleksini ziyarət etdilər.
Sonra mərasim iştirakçıları və qonaqlar Heydər Əliyev Mərkəzinin akt zalında görülən yeni təmir-bərpa,  eləcə də Ümummilli Liderin adını daşıyan park ərazisində genişləndirilmə işləri ilə tanış oldular.

Azərbaycan Stolüstü Tennis Federasiyasının Masallı filialının, 140 yerlik Masallı şəhər 4 saylı və 100 yerlik Ərkivan qəsəbə körpələr evi-uşaq bağçalarının açılış mərasimində tədbir iştirakçılarını, eləcə də bütün masallıları əlamətdar gün münasibətilə təbrik edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yeni istifadəyə verilən binaların tikintisinə görə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fonduna, millət vəkili Məşhur Məmmədova, iş adamları Məşkur Qasımov və Qalib Məmmədova, zəhməti olan hər kəsə rayon ictimaiyyəti adından minnətdarlığını bildirdi.

İcra başçısı Ulu Öndər Heydər Əliyevin uşaqlara, gənclərə və idmançılara qayğısından, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə bu siyasətin davamlı, uğurlu inkişafından danışdı.

Millət vəkilləri Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, Musa Qasımlı, Tahir Mirkişili, Razi Nurullayev, Heydər Əliyev Fondunun əməkdaşı Ceyhun Aslanov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Əliniyaz Mirzəyev, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, iş adamları Məşkur Qasımov, Qalib Məmmədov, Ərkivan qəsəbə sakini Mirkərim Əliyev, sərbəst güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Yasəmən Məcidli, Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Rəhimə Şahmirzəyeva çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilə, idmana verdiyi töhfələrdən, bu gün bu istiqamətdə həyata keçirilən sistemli islahatlardan, uşaqların ən böyük himayədarı olan Ümummilli Liderin körpə fidanların sağlam, firavan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasında xidmətindən bəhs edərək, məktəbəqədər təhsil müəssisələrində tərbiyə olunan uşaqlara dövlət qayğısının gün-gündən gücləndirildiyini, onların daim diqqətdə saxlanıldığını diqqətə çatdırıblar.

Çıxışlardan sonra yaradılmış şəraitlə tanış olmaqdan ötrü yeni istifadəyə verilən binalara baxış keçirilib.
 























Əlihüseyn  ŞÜKÜROV,
Akif AĞAYEV,



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад