Главная > Siyasət / Manşet > Masallıda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” ilə bağlı iclas

Masallıda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” ilə bağlı iclas


11-05-2023, 18:43. Разместил: admin44

11 may 2023-cü il tarixində Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” ilə bağlı iclas keçirilmişdir.

İclası giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Masallı rayonunda görüşlərin keçirilməsi və müzakirələrin aparılması ilə bağlı çıxış etmişdir.

Sonra iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə olunması şbəsinin sektor müdiri Əkbər Əsgərov, ADSEA Azmelsutəsərrüfat ASC-nin Meliorasiya şöbəsi, məsləhətçi İbrahim Nəsibli, ADSEA Azərsu ASC. 3 saylı regional su kanal idarəsi, İstehsalat şöbəsinin rəisi Niyazi Əhmədov və Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran regional təlim mərkəzi, təlimlərin təşkili şöbəsinin müdiri Rahim Bağırov çıxış etmişlər.

İclası Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov yekunlaşdırmışdır.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад