Главная > Siyasət / Manşet > Masallıda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən köməkliklər

Masallıda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən köməkliklər


18-05-2023, 17:53. Разместил: admin44

Masallı rayonunda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur.

Belə ki, Masallı rayon İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daxili imkanlar hesabına şəhid ailələrinə, əlillərinə və iştirakçılarına 2022-ci ilin avqust ayından-2023-cü ilin may ayına kimi müxtəlif məbləğlərdə maddi yardım və köməklik göstərilmişdir.

Bildirmək istərdik ki, rayon üzrə ümumilikdə şəhid ailə üzvlərinə 109710 manat məbləğində maddi yardım edilmiş, 26 şəhid adına küçə və ya şəhid ailəsinin həyətinə ümumilikdə 23610 m2 çəkilən asfalta 306943 manat vəsait sərf edilmiş, RİH-in təşəbbüsü ilə 3 şəhid ailəsinə fərdi yaşayış evi tikilmişdir.

Əlavə olaraq bildiririk ki, ümumilikdə rayon İcra Hakimiyyəti tərəfindən vətən müharibəsi əlillərinə 14800 manat maddi yardım edilmiş və vətən müharibəsi iştirakçılarına ümumilikdə 48750 manat maddi yardım göstərilmişdir.

Qeyd etmək istərdik ki, 2022-ci ilin avqust ayından – 2023-cü ilin may ayının 15-nə qədər şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına ümumilikdə 480203 manat məbləğində maddi yardım və digər köməkliklər göstərilmişdir.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад