Главная > Siyasət / Manşet > Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası


20-05-2023, 10:14. Разместил: admin44

19 may 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiyada BDU-nun rektoru Elçin Babayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, universitetin professor-müəllim heyəti, hüquq mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak ediblər.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.

Aksiya zamanı 100 ağac əkilib.










“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад